Mal-qaraların oğurlanmasında şübhəli olanlar saxlanılıb

Göygöl rayon Yeni Zod kəndinin sakini Səfiyəddin Vəliyevə məxsus ümumi dəyəri 1000 manat olan, 2 baş iribuynuzlu heyvanı oğurlanmasında şübhəli bilinən Samux rayon sakinləri- 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov saxlanılıblar.
“Qafqazinfo”ya əsasən Xəbərburo xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən olan məlumata görə, ilkin dindirilmə zamanı bu şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək vətəndaşın heyvanlarını satmaq məqsədi ilə oğurladıqlarını deyiblər.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyənləşib ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakini olan M. Mehbalıyevaya qarşı soyğunçuluq cinayətini də törədiblər.
Faktlarla bağlı araşdırmalar aparılır.