Ölkələr haqqın da fakt

Arzu Məmmədli 30/08/2020

Məsələn, ABŞ dünyada insan hüquqlarının qoruyucusu kimi çıxış etsə də, ABŞ-ın özündə insanların hüquqları ən kobud formalarda pozulur. Məhbus sayına görə bu ölkə dünyada liderdir. Ölkələr haqqında digər maraqlı məlumatları sizə təqdim edirik.

1 Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.2 Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.…3.Yolları mərcan liflərindən olan dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar.4 Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.5 Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur.

 Moskvada bir mənzildən ucuz olan qəsrlər var. Tokio zooparkı heyvanların “insanlardan dincəlmələri” üçün ildə iki ay bağlanır. Çində müəllimlər uşaqlara sinifdə 20 dəqiqə ərzində yatmağa icazə verirlər ki, onlar yaxşı oxusunlar. Reykyavikdə qızdırıcısı olan trotuarlar çəkirlər ki, qışda yağış və ya qar yağarkən donub buz bağlamasın.Tailandın milli himni 1902-ci ildə rus bəstəkarı Pyotr Şurovskiy  tərəfindən yazılıb.Çində uşaqlar anadan olduğu zaman 1 yaşında sayılırlar. Sinqapurda saqqız çeynəmək və ya saxlamaq qadağandır. Bir Amerika dolları bankotunun ortalama ömrü 18 aydır.Çilidə yerləşən Atakama çölünə bu günə qədər yağış yağmayıb.Qədim misirlilər pişikləri öldükləri zaman qaşları dibindən qırxıb, yas saxlayırdılar.İlk dəfə qalstuklar məhz Xorvatiyada meydana gəlmiş, sonra isə bütün dünyaya yayılmışdır. Xorvatlar ilk dövrlərdə boyunlarına dəsmal bağlayırdılar, sonra isə həmin dəsmalı bütün dünyada kişilərin geyiminin ayrılmaz hissəsi olan qalstuk əvəz etmişdir.Kuk adaları kapitan Kukun şərəfinə adlandırılmışdır. Onun yerli əhali tərəfindən yeyildiyi haqqında yayılan məlumat yanlışdır. Belə ki, Kuk Havay adalarında öldürülmüşdür.Monako yeganə ölkədir ki, hərbi orkestrin üzvlərinin sayı hərbi dəstənin əsgərlərinin sayından çoxdur.ABŞ-ın Nevada ştatının paytaxtı Las-Veqas şəhəri dünyanın ən məşhur qumar mərkəzlərindən biri hesab olunur. Las-Veqas şəhərinin kazinolarında saatlara rast gəlmək mümkün deyil.Kosta- Rikada 1948-ci ildə 44 gün davam edən vətəndaş müharibəsi olmuşdur. Bu hadisədən sonra ölkə hərbi qüvvəsini tamamilə ləğv etmiş və heç bir hərbi münaqişədə iştirak etməməyi qərara almışdır.Butanda siqaret çəkənlərə qarşı kəskin mübarizə tədbirləri həyata keçirilir. 2004-cü ildən etibarən burada tütün məmulatlarının satışı və onlardan istifadə qadağan olunmuşdur. Siqaret çəkmək istəyənlər isə 175 avro dəyərində cərimə ödəməlidirlər. Ölkədə olan tütün məmulatlarının ölkədən ixracına icazə verilmir. Bu qaydalar əcnəbilərə, siyasətçilərə və beynəlxalq təşkilatların nümayəndələrinə aid edilmir. Lakin bu o demək deyil ki, onlar qaydaları poza bilərlər. Tütün məmulatlarının satışına görə həmin şəxsləri də cərimə gözləyir.Yeni Zelandiyada 2005-2006-cı illərdə ölkənin idarə olunmasında bütün əsas vəzifələr qadınlara mənsub idi.1983-cü ildə Vatikanda 1 dənə də olsun doğum hadisəsi müşahidə olunmamışdır.