Qusarda Bakı sakininin maşını qaçırılıb
Məmmədzadə Zərintac 22/06/2020

Qusarda polisə müraciət edən Bakı şəhər sakini R.Əliyev iyunun 20-də şəhər ərazisindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını deyib.
“Xəbərburo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli olan Aşağı Ləyər kənd sakini İ.Səfərov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.