bloguma elave et fan-ı ol

ABŞ dollarının dünyanın aparıcı valyutaları ilə müqayisədə ucuzlaşması Azərbaycan iqtisadiyyatına zərbə vura bilər.

London, Frankfurt və Tokio birjalarının maliyyə ekspertləri isə dolların bundan sonra da məzənnədə aşağı düşəcəyini deyirlər. Belə ki, Böyük Britaniya funt-sterlinqinin kursunun $2,1, avronun isə $1,37-yə qalxması gözlənilir.



Ekspertlərin fikrincə, dünya valyuta bazarlarında yaşanan proseslər mütləq şəkildə Azərbaycana da təsir edəsidir. Bu həm idxal olunan mal və məhsulların bahalaşmasına, həm də Azərbaycanın xarici banklardakı hesablarda saxladığı vəsaitlərin gətirdiyi faiz gəlirlərinin azalmasına səbəb olacaq.
Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov bildirib ki, ABŞ valyutasının ucuzlaşması Bakı üçün mənfi nəticələr verə bilər: "Ölkənin valyuta ehtiyatlarının yarıdan çoxu xaricdəki banklarda dollar hesabında saxlanır. İlkin hesablamalara görə, həmin banklardakı vəsaitlərimiz 2,2 faiz ucuzlaşa bilər" ("ANS-Press").
Sözügedən komissiyanın digər üzvü Əli Məsimli isə hesab edir ki, Azərbaycan iqtisadiyyatı təhlükəli tendensiya ilə üzləşib.
Nazirlər Kabinetindən aldığımız məlumata görə, ABŞ dollarının aparıcı valyutalarla müqayisədə məzənnə itkisi prosesi artıq müzakirə olunub. Hökumət xarici banklardakı digər valyuta hesablarının strukturunda dəyişikliklər etmək qərarına gəlib. Daha konkret olsaq, ABŞ dolları ilə sxalanan hesablardakı vəsaitlərinin bir qismi artıq avro və funt-sterlinqə keçirilir.
Dövlət Neft Fondundan isə bildirildi ki, təşkilat xarici banklardakı hesablarında dəyişiklik etmək niyyətində deyil. Qurumun valyuta ehtiyatlarının 60 faizi ABŞ dolları, 35 faizi avro, 5 faizi də Britaniya funt-sterlinqi hesablarında olduğundan, hesabların strukturlarına yenidən baxılmasına təcili ehtiyac duyulmur.
İdxal edilən məhsulların bahalaşmasına gəldikdə isə, ölkəyə gətirilən malların qiymətlərinin yaxın 3 ayda orta hesabla 3,5-4 faiz artımı gözlənilir. Bu isə daxili bazarda bahalaşma və inflyasiya proseslərini sürətləndirə bilər.

  saytımızdan diger xeberler
Eva Mendes Cannes-de
Paris yeniden lütdü
The Opening of EL Terrace and Lounge
Cennifer Lopes yeni rekord-leybl tapıb
Culiya Roberts (ohm!! )
fashion show By RENARA
Sonsuzluq və onun bəzi səbəbləri
Yaprak Dökümü Fahrıyye Evcen ve Özcan Deniz
Azərbaycan Folkloru
Alla Puqaçova Hele bele olmamışdı
  kanaldan diger xeberler
Need For Speed Underground
Killer 7
mariah carey party-de
xərçəngin dişi də pisdir, şişi də
charmed serialından şekiller
Körpənin qidalandırılması qaydaları
Tənha narın nağılı
Kylie Minogue Nobel Tedbirlerinde
sevda gecdir daha fotosessiyası
Mədənçi-neftçi istirahətdə və müalijədə
ßíäåêñ.Ìåòðèêà

?zvl?k ad? 
mexfi s?z 
?zv olun | mexfi s?z
penceeni ba?la