bloguma elave et fan-ı ol

27 Yan,2009

Aysel, musiqi ilə uşaqlıqdan məşğulsan?

Bəli, uşaqliqdan musiqiyə meyilliyim var idi. 4 yaşimdan oxuyuram. Musiqini çox sevirəm, musiqi mənim həyatımdır.
Hansı nailiyyətlərlərin olub? (bu haqda mümkün qədər ətrfalı)
Mən bəstəkar Əvsər Cavanşirovun rəhbərlik etdiyi "Bənovşə" uşaq ansamblında xor və solo mahnılar ifa etməyə başlamişam. Sonradan "Sehrli aləm" cəmiyyəti "Pöhre" bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqəsində ifa etdiyim ingilis ve ispan mahnilarına görə laureat adını qazanmışam. Rəşid Behbudov adina 2 nömrəli musiqi məktəbinin fortepiano şöbəsini fərqlənmə ilə qurtarmışam. Orada da xorun solisti kimi çıxış etmişəm. Bir il Amerika Birləşmiş Ştatlarında təhsil almışam. Həmin ölkədə müxtəlif müsabiqələrdə iştirak etmişəm və üç müsabiqədə birinci yerə layiq görülmüşəm Vətənə üç qızıl medalla qayıtmışam. Yeni Ulduz 4 müsabiqəsinin iştirakçısı olmuşam. Ondan sonra isə “Tələbə Baharı müsabiqəsində” birinci yerə layiq görülmüşəm. Nəhayət ki, tale məni Eurovision müsabiqəsinə gətirib çıxartdı.

Musiqidən başqa hansı maraqların var? Nə ilə məşğul olmağı xoşlayırsan? (əyləncə, hobbi)

Anam elm adamı, alim kimi həmişə axtarışda olub. Ona görə uşaqlıqdan incəsənətə həvəsimi görüb, oxumağıma, rəsm çəkməyimə dəstək verib. Təbii ki, o həm də sağlam böyüməyimi istəyirdi. Bəlkə bu səbəbdən dolayı mənim balet, gimnastika, üzgüçülük və handbolla məşğul olmağım anamın istəyinin ifadəsi idi. Təbii ki, uşaq da özünü axtarıb tapmağa çalışır. Mən özümü musiqidə tapmışam. Elə hobbim də musiqidir.

Bir çoxları səni R&B ifaçısı kimi tanıyır? Başqa hansı üslubları xoşlayırsan? Hansıları ifa edirsən?

Özümü yalnız R&B ifaçısı adlandırmazdım. Çünki bir çox janrlarda ifa edirəm və hər dəfə çalışıram ki, özümü təzə janrda sınayım. Soul, Rock, Pop, Blues, Jazz və Klassik janrları çox sevirəm. Və əlbəttə, Azərbaycan musiqisini sevərək ifa edirəm.
Bir neçə gün bundan öncəki Aysellə Eurovision 2009 Mahnı Müsabiqəsinin Azərbaycan siması olan Aysel Teymurzadə arasında hansı fərqlər var?
Əlbətdə fərqi hiss edirəm. Bu məndə məhsuliyyət hissini qat-qat artırıb. O vaxtdan bəri öz üzərimdə daha ciddi səylə işləyirəm.

Hal-hazırda müsabiqədəki çıxışına necə hazırlaşırsan?

Vokal, rəqs dərsləri alıram. İmijim üzərində işləyirəm. Amma mahnı bəlli olan gündən daha dəqiq obraz üzərində çalışacağıq.

Ümumiyyətlə, necə düşünürsən, milli seçimlərdə səni digər namizədlərdən fərqləndirən nə idi? Nəyə görə məhz səni seçdilər?

Mənə belə gəlir ki, bu sualı Siz münsiflər heyətinə ünvanlasanız, daha yaxşı olar. (gülür)

Səncə, bu müsabiqədə uğurun resepti nədir?

Ən əsası mahnı yaddaqalan olmalıdır. Bundan başqa ifaçı öz istedadı ilə böyük seyirci auditoriyasını az qala valeh etməyi bacarmalıdır.

Şəxsi həyatın haqda nə deyə bilərsən? Gənc, gözəl xanım olaraq yəgin ki, pərəstişkarların bir az da artıb. Müsabiqədən sonra ümumiyyətlə, sayı-hesabı olmayacaq. Buna münasibətin necədir?

Sözsüz ki, pərəstişkarların sayı artıb. Arzu edərdim ki, onlar, ilk növbədə, ifamın və yaradıcılıq fəaliyyətimin pərəstişkarları olsunlar.

  saytımızdan diger xeberler
portuqaliya 3-1 qalib geldi
Audi RSQ - I am Robot kinosundan
İran Ermenilerden istifade etmek isteyir
Pasifico - Opening Party
Maria Kirilenko - Sony Ericsson Reklamı
Səfurə Əlizadə ingilis dilini öyrənir
Hamilə qadınlara C vitamini
bürcünüzə görə makiyaj
lewis hamilton-un super qalibiyyeti
Hollywood PARTY
  kanaldan diger xeberler
“Natiq Ritm” qrupu Bakı Caz Mərkəzində solo-konsert verəcək
carnaval de brazil
Gürcüstanın Dmanisi rayonunun gürcülər və azərbaycanlılar yaşayan iki kəndinə qaz verilib
Lord Of The Rings: The Two Towers
Səfurə Əlizadənin klipinin təqdimat vaxtı məlum oldu
X650
Tiger Woods PGA Tour 2003
modern bar
Qalmaqal kapitanlıqdan məhrum etdi
burberry 2009 bahar-yay dəb sərgisi
ßíäåêñ.Ìåòðèêà

?zvl?k ad? 
mexfi s?z 
?zv olun | mexfi s?z
penceeni ba?la