bloguma elave et fan-ı ol

10 Dek,2009

 Bu gün Azərbaycan Dövlət Filarmoniyasında III Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın önəmliliyindən danışıb və bu cür festivalın Azərbaycanda keçirilməsini böyük hadisə kimi qeyd edib. Mərasimdə Mstislav Rostropoviçin qızı Olqa Rostropoviç də çıxış edərək festival iştirakçılarına uğurlar diləyib. 

Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. Konsert proqramında baş dirijor Rauf Adbullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə solistlər Elçin Əzizov, Samir Cəfərovun ifasında O. Zülfüqarov “Mənim Azərbaycanım” uvertürası, Q. Qarayev, C. Hacıyevin “Vətən” operasından Mərdanın ariyası S. Raxmaninovun “Aleko” operasından Alekonun kavatinası, F. Əmirovun “Kürd ovşarı” simfonik muğamı, Ü. Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, C. Puççininin “Turandot” operasından Kalafın ariyası, Q. Qarayev “İldırımlı yollarla” baletindən apofeoz səslənib. Tədbirdə eləcə də “Musiqi əsgərləri: “Rostropoviçin Rusiyaya qayıdışı” sənədli filminin nümayişi keçirilib. 

Qeyd edək ki, III Beynəlxalq Mstislav Rostropoviç Festivalı Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Festival dekabrın 14-dək davam edəcək.

  saytımızdan diger xeberler
İlhamə Quliyevanın aparıcılığı
Dj Ramirez (UK) - Hezz Club
əşyaları oğurlanbıb
yeni dizaynlar
rihanna və eminem klip çəkdirib
Elza Seyidcahan indi də ağaclara konsert verəcək
Yeganenin ugurlari
Eurovision 2012 məşqləri
Cameron Diaz - Shrek 3
mafia in face club
  kanaldan diger xeberler
Dr Kawashima's Brain Training - Brain Training
Bir daha dəriyə qulluq haqqında
“Eurovision-2010” mahnı müsabiqəsi 3D formatında yayımlanacaq
sexy lingerie
fast foodda gizli duz
Fergi Floridada Konsertde
Halloween: Back to 90s
Rəqs edən qurbağalar
tarkan - öp klipi
audi a7 gün işığına çıxdı
ßíäåêñ.Ìåòðèêà

?zvl?k ad? 
mexfi s?z 
?zv olun | mexfi s?z
penceeni ba?la