Yasamalda oğurluq hadisəsi baş verib
Məmmədzadə Zərintac 30/07/2020

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.
“XəbərBuro" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Müvafiq polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Toyota” markalı bir avtomobildən 3000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İmanov saxlanılıb.