13 min nəfər sosial ödəniş alınmasından kənarlaşdırılıb

Məmmədzadə Zərintac 07/08/2020


“13 min insan sosial ödənişlərin alınmasından kənarlaşdırılıb”.

"XəbərBuro" xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək üçün görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.

Onun dediklərinə əsasən, bunun 10 mini sonradan əmək müqaviləsi imzalayıb:

“Üç min insanın isə müxtəlif gəlir mənbələri olduğu üçün onlar sosial ödənişlərin verilməsindən kənarlaşdırılıb.

Sosial şəbəkələrdə həmin insanlarla bağlı yazılan hallar araşdırıldı və onlar növbəti dövr üçün ödənişlərdən uzaqlaşdırıldı. Amma o dövr üçün onun haqqı verildi və bu, ondan geri alınmır”.

“Bu proses elektron gedir və onun hər hansı vəsaitinin olub-olmaması bilinmir. Lakin sonradan bunlar aşkar edildikcə, onlar haqqında məlumatlar bu kateqroiyadan silindi”, -  nazir söyləyib.