2 Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevriləcək
Leyla Aliyeva 04/08/2020

Azərbaycanda 2 Olimpiya İdman Kompleksi modul tipli xəstəxanaya çevriləcək. "XəbərBuro" bildirir ki, bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib.
O qeyd edib ki, Abşeron və Hövsan İdman Olimpiya Kompleksləri koronavirusla mübarizə məqsədilə modul tipli xəstəxana kimi fəaliyyət göstərəcək.
Sabah hər iki kompleksdə açılış mərasimi olacaq.