Afinanın şimalında meşə yanğınları başlayıb
Məmmədzadə Zərintac 19/06/2020

Yunanıstanın paytaxtı Afina yaxınlığında güclü meşə yanğınları başlayıb.
Yanğın şəhərin əsas magistral yolunda hərəkətin pozulmasına səbəb olub.
Hadisə yerinə yanğınsöndürənlər göndərilib. Alovun söndürülməsi üçün dronlardan və helikopterlərdən də istifadə edilir.
Artıq Afinaya yanğın tüstüsünün yaxınlaşdığı bildirilir.