Alman ekspert erməni yalanını belə ifşa etdi

Svetlana Mirzəyeva 16/07/2020

Almaniyanın tanınmış hərbi eksperti Julian Repke Ermənistan Müdafiə Nazirliyinin yaydığı yalan məlumatı ifşa edib.

"XəbərBuro" "Sonxeber.az"-a istinadən xəbər verir ki, Julian Repke bu barədə öz "twitter" hesabından paylaşım edib. O, Azərbaycanın PUA-sının guya Ermənistan tərəfindən vurulduğunu göstərən videonun yalan olduğunu bildirib:

"Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin"

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana aid PUA olduğu bildirilən videoda sərnişin təyyarəsi əks olunub.