Anası oğluna iynə vuaraq ölümünə səbəb olub

Məmmədzadə Zərintac 23/07/2020

Bərdədə 27 yaşlı oğlan anasının vurduğu iynədən sonra ölüb.

“XəbərBuro"  xəbər verir ki, hadisə rayonun Elçin Əsədov küçəsində baş verib. Soyuqdəyməsi olan Quluyev Cahangir Vəli oğluna anası həkim məsləhətini almadan iynə vurub. 

Nəticədə vəziyyəti daha da ağırlaşan xəstə şok vəziyyətində xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, C. Quluyevi xilas etmək mümkün olmayıb. 

Məsələyə dair araşdırmalar davam etdirilir.