Azərbaycan hərbçiləri Moskvaya yola düşüb
Gülər Seymurqızı 13/08/2020

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.
"XəbərBuro" "Report"a istinadən xəbər verir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.