Azərbaycanda COVİD-19-a yoluxanların sayı 100-dən aşağı düşüb

Məmmədzadə Zərintac 09/08/2020

Ölkəmizdə 87 yeni koronavirusa  yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"XəbərBuro" xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Virus üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər ölüb.

Bu günə qədər ölkədə ümumilikdə 33 568 nəfərin koronavirusa yoluxması faktı müəyyənləşib, onlardan 30 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər ölüb və aktiv xəstə sayı 2 714-dür.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsinə dair 5 618, ötən müddət ərzində isə ümumilikdə 785 126 test aparılıb.