Azərbaycanda son sutkada 2239 nəfər COVID-19-a yoluxub, 1217 nəfər sağalıb, 25 nəfər vəfat edib

Esed Abasli 18/11/2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "XəbərBuro"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.