Bakıda 60 yaşlı piyadanı avtomobil vurdu
Svetlana Mirzəyeva 13/08/2020

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"XəbərBuro" xəbər verir ki, hadisə Nizami rayonu 8-ci km bazarının yaxınlığında qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Bağırova Bibixanım Abbas qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sol ayağın sınığı və kəllə-beyin travması diaqnozları qoyulub.