"Bank of Georgia"da 20 nəfəri girov götürmüş şəxs təslim olub
Məmmədzadə Zərintac 21/10/2020

Gürcüstanın Zuqdidi şəhərində qumbara və avtomatla silahlanaraq "Bank of Georgia" da 20 nəfəri girov götürmüş şəxs təslim olub.
"XəbərBuro" xəbər verir ki, silahlı şəxs hüquq-mühafizə orqanı əməkdaşları ilə dialoqdan sonra girovları sərbəst buraxıb və özü polisə təslim olub.
Bank işçiləri və müştərilər 7 saat girov saxlanılıblar.