Braziliya prezidentinin koronavirus testinin nəticəsi açıqlanıb
Məmmədzadə Zərintac 25/07/2020

Braziliya Prezidenti Jair Bolsonaru təkrar koronavirus testi verib və nəticələr mənfi olub.
Bununla bağlı ölkə başçısı “Twitter” hesabında paylaşım edib.
“SARS-CoV-2” testimin nəticələri mənfidir. Hər kəsə xeyirli günlər”, - deyə J.Bolsonaru söyləyib.
Vurğulayaq ki, Braziliya prezidenti 7 iyulda virusa yoluxduğunu demişdi.