Braziliyada pandemiyadan 265 nəfər ölüb
Məmmədzadə Zərintac 13/08/2020

Braziliyada ötən sutkada yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.
“XəbərBuro" xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.
Ötən sutka virusdan 265 nəfər dünyasını dəyişib və ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir.
Ölkədə COVİD-19-a yoluxanlardan 2 309 477 nəfər sağalıb.
Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə yalnız ABŞ-dan geri qalır.