Burkina-Fasoda partlayış oldu, 6 uşaq öldü
Leyla Aliyeva 02/08/2020

"XəbərBuro" xarici KİV-ə istinadən xəbər verir ki, Burkina-Fasonun şimalında partlayış olub.
Partlayış nəticəsində 6 uşaq ölüb, 4 azyaşlı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. İnsident Tanqay kəndində baş verib. Uşaqlar mal-qara otararkən qəfildən partlayış baş verdiyi bildirilir.
Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.