Cavan oğlanı maşın vurub
Məmmədzadə Zərintac 25/09/2020

Sabirabadda piyadanın vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
"XəbərBuro" xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.
Yolu keçmək istəyən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu "Opel" markalı minik avtomobili vurub.
Yaralı hadisə yerinə çağrılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Fakta dair araşdırmalar aparılır.