Çempionlar Liqasında bu həftə üçün rəmzi komanda elan olundu
Məmmədzadə Zərintac 16/08/2020

UEFA Çempionlar Liqasında bu həftə üçün rəmzi komandası elan olunub.
UEFA-nın rəsmi saytına istinadən "XəbərBuro" xəbər verir ki, heyətdə Almaniyanın “Bavariya” komandasının beş futbolçusu var: Robert Levandovski, Filip Koutinyo, Tomas Müller, Serj Qnabri, Yozua Kimmix.
Fransanın “Lion” komandası heyətdə üç futbolçu ilə təmsil edilir: Mussa Dembele, Ussem Aya və Antoni Lopeş.
Komandada İspaniyanın “Atletiko” (Madrid) klubundan Joao Feliks, İtaliyanın “Atalanta”sından Robin Qosens və Fransanın PSJ klubundan Markinyos yer alıblar.