Çində fabrikdə yanğını baş verib
Leyla Aliyeva 08/08/2020

Çinin Fucien vilayətində fabrikdə baş verən yanğında 8 nəfər ölüb.
"XəbərBuro" xəbər verir ki, hadisə Cincian şəhərinin Çenday qəsəbəsində günorta saatlarında baş verib. Yeddimərtəbəli binada baş verən yanğın söndürüldükdən sonra ərazidə 7 meyit tapılıb. Ağır yaralı vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ərazidə axtarış işləri davam edir.