Çində ikimərtəbəli restoran çöküb
Məmmədzadə Zərintac 29/08/2020

Çinin Şansi əyalətində ikimərtəbəli restoranın çöküb. Azı 17 nəfər ölüb və 28 nəfər yaralanıb.
“XəbərBuro" xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 45 nəfəri çıxarıb, onlardan 7-sinin vəziyyəti ağırdır.
Təxminən 700 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.
Fakta dair araşdırmalar aparılır.