COVİD-19-a yoluxmuş Yuliya Timoşenkonun vəziyyəti pisdir
Məmmədzadə Zərintac 23/08/2020

Ukraynanın keçmiş Baş Naziri, “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa yoluxub.
"XəbərBuro" xəbər verir ki, bu haqda Y.Timoşenkonun mətbuat katibi Marina Soroka “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Timoşenkonun durumu ağırdır və hərarəti 39 dərəcəyə çatıb.
Əvvəlpartiya liderinin ailəsində də yoluxanların olduğu barədə məlumat verilmişdi.