Daha bir turnir təxirə düşdü
Zülfüqar Zulfuqarli 05/07/2020

Qadınlar arasında Belarusun paytaxtı Minskdə keçiriləcək şahmat üzrə Dünya Kuboku 2021-ci ilə təxirə salınıb.
Oxu.Az xəbər verir ki, qərar FIDE-nin İdarə Heyəti tərəfindən verilib. Qadınların Dünya Kuboku turniri bu ilin avqustunda keçirilməli idi. Kişilər arasında analoji yarış isə öz vaxtında – 2021-ci ildə baş tutacaq.
Qeyd edək ki, qadınların yarışında Azərbaycan millisindən Gülnar Məmmədova iştirak etməli idi.