Davos Dünya İqtisadi Forumu təxirə salınıb
Məmmədzadə Zərintac 26/08/2020

Davos Dünya İqtisadi Forumu koronavirus pandemiyasına görə təxirə salınıb.
“XəbərBuro” xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilməsi planlaşdırılan forum 2021-ci ilin yanvarında olacaqdı, bu tarix gələn il yayın əvvəlinə keçirilib.
Forumun baş tutacağı dəqiq tarix daha sonra elan olunacaq.