Dünya üzrə koronavirusla bağlı son statistika

Xəbərburo xəbər verir ki, son statistikalara görə dünya üzrə koronavirusa yoluxanların sayı 19,575,997 nəfər ümumilikdə sağalanların sayı isə 12,571,191 nəfər olduğu halda virusdan ölənərin sayı 724,753 nəfərdir.
Virusa ən çox yoluxma halı Amerika Birləşmiş Ştatlarında qeyd alınıb . Son statistik rəqəmlərə görə ümumilikdə 5,097,187 nəfər virusa yoluxub .Onlardan 2,618,025 nəfəri virusdan sağalıb , 164,139 nəfər isə dünyasını dəyişib. Son sutka ərzində isə virusa 1,663 nəfər yoluxub , 45 nəfər isə ölüb.
Virusa ən çox yoluxma sayına görə ikinci ölkə Brazilyadır. Ümumilikdə 2,967,064 nəfər virusa yoluxub , 2,068,394 nəfər sağalıb , 99,702 vəfat edib.
Yoluxma sayının çox olduğu üçüncü ölkə isə Hindistandır. Bugünədək 2,091,810 nəfər virusa yoluxub , 1,429,325 nəfər sağalıb , 42,626 nəfər isə dünyasını dəyişib. Son sutka ərzində 4,946 nəfər virusa yoluxub , 48 nəfər isə vəfat edib.
Virusun mənbəyi olan Çində isə son sutka ərzində 31 yeni yoluxma halı qeydə alınıb .Hazırda aktiv xəstə sayı 839 nəfərdir.