Dünya üzrə koronavirusla bağlı son statistika

Dünyanı cənginə alan koronavirus cədvəlində rəqəmlər artmaqda davam edir. Ümumilikdə 215 ölkədə bu virus aşkar olunub.
Xəbərburo xəbər verir ki, son statistikalara görə dünya üzrə koronavirusa yoluxanların sayı nəfər 19,358,348 ümumilikdə sağalanların sayı isə 12,436,521 nəfər olduğu halda virusdan ölənərin sayı 719,562 nəfərdir.
Virusa ən çox yoluxma halı Amerika Birləşmiş Ştatlarında qeyd alınıb . Son statistik rəqəmlərə görə ümumilikdə 5,038,269 nəfər virusa yoluxub .Onlardan 2,579,191 nəfəri virusdan sağalıb ,162,875 nəfər isə dünyasını dəyişib. Son sutka ərzində isə virusa 6,090 nəfər yoluxub , 171 nəfər isə ölüb.
Virusa ən çox yoluxma sayına görə ikinci ölkə Brazilyadır. Ümumilikdə 2,917,562 nəfər virusa yoluxub , 2,047,660 nəfər sağalıb , 98,644 vəfat edib.
Yoluxma sayının çox olduğu üçüncü ölkə isə Hindistandır. Bugünədək 2,057,816 virusa yoluxub ,1,402,076 nəfər sağalıb ,42,026 nəfər isə dünyasını dəyişib. Son sutka ərzində 32,407 nəfər virusa yoluxub , 388 nəfər isə vəfat edib.
Virusun mənbəyi olan Çində isə son sutka ərzində 37 yeni yoluxma halı qeydə alınıb .Hazırda aktiv xəstə sayı 843 nəfərdir.