Elçilikdən sonra 9 nəfər koronovirusa yoluxub
Nadir Hüseynov 21/06/2020

Türkiyədə Manisadan bir ailə Kütahyadan digər ailəyə elçiliyə gedib. Elçilikdən sonra 9 nəfər yeni növ koronavirusua yoluxub.
"Xəbərburo" "APA"a istinadən xəbər verir ki, bu barədə Kütahyanın Tavşanlı kaymakamı məlumat yayıb.
Məmur bildirib ki, Tavşanlının Tepecik qəsəbəsində elçilik mərasimindən sonra qızları istənilən ailənin bir neçə üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Rayon Səhiyyə Müdürlüynün apardığı "filyasyon" (COVID-19 aşkarlanan şəxslə ünsiyyətdə olan şəxslərdə müayinə aparılması) əməliyyatı nəticəsində 6 yaşayış binasında yaşayan və qohumluq əlaqələri olan 9 nəfərdə koronavirus müəyyən edilib.
Binalar karantinə alınıb, Vəfa Dəstək Qrupu və rayon Jandarma qurumu, binanı nəzarətə götürüb