Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
Leyla Aliyeva 29/09/2020

Ermənistan ordusu yaşayış məntəqələrini hədəf alması nəticəsində daha iki mülki vətəndaşımız yaralanıb.
"XəbərBuro" xəbər verir ki, onlar 1936-cı il təvəllüdlü Qazyan kənd sakini Mustafayev Asif Cəmil oğlu və Qaynaq kənd sakini, 1961-ci il təvəllüdlü Quliyev Azad Musa oğludur.
Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.