Ermənistan Polisi və MTX Nikol Paşinyana dəstək verib
Mükafat İsazadə 25/02/2021

"Biz vətəndaşlarımızı təhrikedici çağırışlara uymamağa, asayişi qorumağa və ayıq-sayıq olmağa çağırırıq”.
"XəbərBüro"məlumat verir ki, bu barədə Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin ölkədəki vəziyyətlə bağlı yaydıqları birgə bəyanatda bildirilib.
"Ermənistanın dövlət orqanları öz funksiyasını tamamilə yerinə yetirir”, - bəyanatda vurğulanıb.
Güc strukturları bildirib ki, hüquq-mühafizə orqanları qanunu pozan istənilən fəaliyyətə adekvat cavab verəcək.