Ermənistanda ağır yol qəzası, 25 yaralı
Aynur 02/09/2021

Ermənistanın Ararat vilayətində ağır yol qəzası baş verib.
“XəbərBüro” xəbər verir ki, bu barədə məlumatı “Shamshyan” kriminal xəbərlər portalı yayıb.
Məlumata əsasən, qəza səhər saatlarında Büravan-Mxçyan yolunda baş verib. Bildirilir ki, 62 yaşlı S.Qriqoryanın idarə etdiyi avtobus yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə isə 25 nəfər xəsarət alıb.