Ermənistanda fermerlər İrəvan-Arazdəyən yolunu bağladı - Foto
Aynur 04/09/2021

Ermənistanda üzümün alış prosesindən narazı olan fermerlər İrəvan-Arazdəyən yolunu bağlayıblar.
Bu barədə “XəbərBüro” “shamshyan.com”a istinadən xəbər verir.
Etiraz aksiyasının keçirildiyi əraziyə çox sayda polis əməkdaşı gəlib.
Fermerlər Ararat vilayətinin qubernatoru və hökumət nümayəndəsi ilə görüşməyi tələb edirlər.