“Forrest Qamp” kitabının müəllifi dünyasını dəyişdi

Leyla Aliyeva 18/09/2020

ABŞ-da “Forrest Qamp” kitabının müəllifi Uinston Qrum 77 yaşında dünyasını dəyişib. “XəbərBuro” “RİA Novosti”yə əsasən xəbər verir ki, bu barədə Alabama ştatının Ferhop şəhərinin meri Kerin Uilson bildirib.  

“Çox böyük kədər hissi ilə bizim əziz dostumuz Uinston Qrumun ölməsi barədə xəbər verirəm. Ferhop şəhəri bu gün əfsanəvi müəllifi itirdi”, - şəhər merinin feysbuk paylaşımında deyilir.

Qeyd edək ki, “Forest Qamp” kitabı (1986) ekranlaşdırılmasından sonra populyarlıq qazanıb. Eyni adlı bədii film altı “Oskar” mükafatına layiq görülüb.