Göygöldə bir ailənin üzvləri yol qəzasına düşüb

Məmmədzadə Zərintac 23/06/2020

Göygöldə  baş vermiş yol qəzasına düşənlər bir ailənin üzvləridir. 

"Xəbərburo" xəbər verir ki,  xəsarət alanlar arasında azyaşlılar da var. 

İlkin məlumata görə, qəzada 1 nəfər ölüb, 4 isə nəfər xəsarət alıb.

Bildirək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə  barədə araşdırmalar davam etdirilir.