Güləşçimizdən qızıl medal.
Aynur 03/09/2021

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
"XəbərBüro" xəbər verir ki, 67 kq-da çıxış edən təmsilçimiz finalda qazaxıstanlı Qoşqar Məhəmmədlə üz-üzə gəlib.
Rəqibini 7:5 hesabı ilə məğlub edən Həsrət Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.