Gürcüstanda koronavirusa yoluxma halları artır
Agamaliyeva Zuleyxa 24/07/2020

Gürcüstanda son sutka ərzində daha 19 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
"XəbərBuro"nun məlumatına əsasən , bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1109-ə yüksəlib. Xəstəlik səbəbindən 16 nəfər həyatını itirib, 912 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 5 936 nəfər karantinə alınıb, 268 nəfər isə tibbi müşahidə altında saxlanılır.
Tibb müəssisələrində 176 pasiyentin müalicəsi davam etdirilir.