Hacıqabulda maşın aşıb
Məmmədzadə Zərintac 15/09/2020

Hacıqabulda ölümə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
"XəbərBuro" xəbər verir ki, hadisə rayonun Pirsaat kəndində olub.
Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin Sayadan oğlu idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırdıb.
Qəzada sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Fakta dair araşdırmalar aparılır.