İran-İraq sərhədində güclü zəlzələ
Leyla Aliyeva 09/08/2020

İran-İraq sərhədində 5 bal gücündə zəlzələ olub. “XəbərBuro” bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri İraqın paytaxtı Bağdaddan 121 km şimali-şərqdə, ocağı isə 48 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.