İsrail hökuməti təzədən sərt karantinə keçir
Məmmədzadə Zərintac 13/09/2020

İsrail hökuməti 18 sentyabrdan sərt karantin rejimini 3 həftəlik bərpa edəcək.
“XəbərBuro” xəbər verir ki, bu haqda “Kan” dövlət radiosunun məlumatında söylənilib. Sərt karantinin bərpası ilə bağlı yeni qərarı Nazirlər Kabineti təsdiqləyib. Məhdudlaşdırıcı tədbirlərə görə, vətəndaşlar evlərindən 500 metrdən artıq məsafədə uzaqlaşa bilməzlər. Restoranlar, mehmanxanalar, trenajor zalları və hovuzlar bağlı olacaq.
Xatırladaq ki, İsrailda iyunda yumşalma tədbirlərindən sonra yoluxma sayında ciddi artım müşahidə olunub.