İsraildə bir gündə 1641 nəfər pandemiyaya yoluxub
Məmmədzadə Zərintac 20/07/2020

İsraildə koronavirusa yoluxanlar artıb.
“Xəbərburo" xəbər verir ki, koronavirusa 1 641 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb və 6 nəfər ölüb.
Ümumilikdə ölkədə 29 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib.
Onlardan 22 060 nəfər müalicə olunaraq sağalıb, 415 dünyasını dəyişib.