İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir
Mükafat İsazadə 21/02/2021

Tel-Əvivdəki “Jenia” barında maraqlı aksiyaya start verilib.
"XəbərBüro" “Daily Star”a istinadən xəbər verir ki, bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.
Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda “Pfizer CoViD-19” peyvənd məntəqəsi fəaliyyətə başlayıb.
Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb.