İstirahətə gedən sürücülər cərimələnib

Məmmədzadə Zərintac 04/07/2020

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları  rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçiriblər.

"Qafqazinfo"ya əsasən "Xəbərburo"  xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən gələn məlumata görə, polis inspektorları sürücüləri saxlayaraq sənədləri planşetlərlə yoxlayıblar. Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələrinin verdikləri xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gələnlərə, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib.

Reyd zamanı şəxsi nəqliyyat vasitələri sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq istirahətə gələn 10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.