Kamal Kılıçdaroğlu 6-cı dəfə CHP sədri seçilib
Məmmədzadə Zərintac 25/07/2020

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci Fövqəladə Qurultayı keçirilib.
“XəbərBuro" xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu 1251 səslə 6-cı dəfə partiyanın sədri seçilib. Səsvermədə1318 nümayəndə olub, 67 səs etibarsız sayılıb.
Partiya sədrliyinə namizədliyini irəli sürmüş Aytuğ Atıcı, İlhan Cihaner və Tolqa Yarman isə yetərli qədər imza toplaya bilməyiblər.