Kolumbiyada partlayış, xeyli sayda yaralı var.
Aynur 30/08/2021

Kolumbiyanın Kukuta şəhərində polis idarəsi yaxınlığında partlayış baş verib.
“XəbərBüro” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis rəisi Oskar Moreno məlumat yayıb. Partlayış nəticəsində 15 nəfər yaralanıb. Onlardan 13-ü polis əməkdaşı, 2-si yoldan keçən piyadadır. Partlayıcı qurğu idarənin yaxınlığındakı oturacaqlardan birinin altına qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır.