Koronavirus infeksiyasına qarşı peyvəndin sınaq nəticələri açıqlanıb
Məmmədzadə Zərintac 19/07/2020

Moskvadakı Seçenov adına Dövlət Tibb Universitetinin mütəxəssisləri koronavirusa qarşı ilk peyvəndin insanlar üzərində sınaqlarının nəticələrini açıqlayıblar.
“Xəbərburo" xəbər verir ki, Universitetin Köçürmə Təbabəti və Biotexnologiyalar İnstitutunun direktoru Vadim Tarasovun sözlərinə əsasən, sınaqların bütün iştirakçıları yaxşı vəziyyətdədirlər.
Həkim nəzarətində olanlar və artıq evə buraxılmış könüllülər yaxşı əhval-ruhiyyədədirlər.
Bu gün sınaqlarda iştirak etmiş şəxslərin ikinci qrupu evə buraxılacaq.