Koronavirusa daha 572 nəfər yoluxub, 8 nəfər ölüb
Məmmədzadə Zərintac 02/07/2020

Azərbaycanda 572 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat bildirilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər ölüb.
Hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6976 koronavirus testi aparılıb.