Koronavirusun yeni ştamı ortaya çıxdı – Daha sürətlə yayılır
Esed Abasli 19/10/2021

Dünyada 5 milyona yaxın insanın ölümünə səbəb olan koronavirus epidemiyası yenidən mutasiya edib.
"XəbərBüro" xəbər verir ki, alimlər İngiltərədə ortaya çıxan yeni ştamı - "AY.4.2” adlandırıblar. Bu ştamın orijinal "Delta”dan daha yoluxucu olduğu ortaya çıxıb.
"Delta” variantının mutasiya etdiyini bildirən mütəxəssislər İngiltərədəki yoluxmaların demək olar ki, 10 faizinin "AY.4.2”-ə aid olduğunu açıqlayıblar.
"London Universiteti Genetika Kolleci”nin alimi François Balloux yeni ştamın ən yoluxucu koronavirus mutasiyası olduğunu bildirib.
//azxeber