Lukaşenkoya növbəti etiraz və dəstək mitinqləri
Leyla Aliyeva 19/08/2020

Minskdə Belarus Daxili İşlər Nazirliyinin binası ilə üzbəüz ərazidə etiraz aksiyası keçirilir. Orada yüzlərlə insan toplaşıb. “XəbərBuro” bildirir ki, bu barədə “TASS” xəbər verib.
Aksiyanın keçirildiyi yerdə vəziyyət sakitdir. Toplaşanlar əllərində bayraqlar tutub, vaxtaşırı əl çalırlar, bəzən şüarlar qışqırırlar. Burada 30-a yaxın jurnalist, o cümlədən dünya KİV-i var. Minskdə yağış yağır, bu səbəbdən insanlar çox fəal deyil.
***
Etiraz aksiyasının iştirakçıları manifestasiyanı davam etdirmək üçün Hökumət Evinin qarşısına gedib. "XəbərBuro" bildirir ki, bu barədə "RİA Novosti" xəbər verib.
Aksiya dinc keçir, hüquq-mühafizə orqanları əməkdaşları toplaşanlara mane olmur.